Reanimasiyaya yerləşdirilən əməkdar artistdən xəbər var

Reanimasiyaya yerləşdirilən əməkdar artistdən xəbər var
22 fevral 2020
# 10:08

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aparıcı aktyoru,sevilən teatr və kino aktyoru,əməkdar artist Rəhman Rəhmanov Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.

Kulis.az xəbər verir ki, əvvəlcə aktyor Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.

Məlumat üçün bildirək ki,sevilən sənətçi uzun müddətdir ki, şəkər xəstəliyindən əziyyət çəkir.

# 1937 dəfə oxunub

Müəllifin son yazıları

# # #