İyunun 30-da Bakı Xətai Sənət Mərkəzində “İslam Həmrəyliyi İli” çərçivəsində “Sevgi rəssamların gözü ilə” adlı rəsm sərgi açılacaq.
Xətai Sənət Mərkəzi və Azərbaycan Rəssamlar İttifaqının birgə dəstəyi ilə təşkil ediləcək sərginin layihə rəhbəri gənc rəssam Elnurə İsgəndərovadır.
Xətai Sənət Mərkəzindən AZƏRTAC- məlumat verilib ki, sərgidə müxtəlif yaş kateqoriyasına mənsub fırça ustalarının yalnız rəngkarlıq, qrafika və dekorativ tətbiqi sənət janrlarında olan əsərləri nümayiş olunacaq.
- “Qara Qarayev”də orijinal plakat
- Rusiyanın opera ulduzu Bakıda çıxış edib
- “Çeburaşka” cizgi filminin davamı çəkilir
Ekspozisiyada 160 fırça ustasının 180-dək sənət əsəri sərgilənəcək. Hər janr üzrə I, II və III yerin qalibləri mükafatlandırılacaq.