“Paris Notr-Dama ithaf” tamaşası yenidən göstəriləcək

“Paris Notr-Dama ithaf” tamaşası yenidən göstəriləcək
25 mart 2022
# 15:40

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tamaşaçıların xahişini nəzərə alaraq martın 27-də “Paris Notr-Dama ithaf” tamaşasını nümayiş etdirəcək.

Kulis.az xəbər verir ki, 2019-cu ilin noyabrından repertuara daxil edilən bu səhnə əsəri teatrın ən çox tələb olunan tamaşalarının siyahısında ilk yerdə dayanır.

Tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artist Nadir Xasıyev, beynəlxalq müsabiqələr laureatı Aydan Həsənova, aktyorlar: Mehriban Zalıyeva, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hüseyn Əlili, Səmədzadə Xasiyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Zaur Əliyev, Əli Kərimov, həmçinin xor və balet truppasının artistləri ifa edəcəklər.

# 1559 dəfə oxunub

Müəllifin son yazıları

# # #