Qremmi mükafatı canlı veriləcək - İlk dəfə

Qremmi mükafatı canlı veriləcək - İlk dəfə
23 dekabr 2020
# 18:20

Okko multimedia xidməti Qremmi mükafatlarının təqdimat mərasiminin eksklüziv olaraq onlayn yayımına ev sahibliyi edəcək.

Kulis.az Lenta.ru-ya istinadən xəbər verir ki, yayım fevralın 1-də nəzərdə tutulan mərasimin 3,5 saatlıq TV versiyası da izlənilə biləcək. Bundan əlavə, istifadəçilərə ulduzların ən parlaq anları və ən yaxşı çıxışları ilə tədbirin xüsusi versiyası təqdim olunacaq.

Qeyd edək ki, Qremmi mükafatlarının təqdimat mərasimi ilk dəfə olaraq canlı yayımla nümayiş olunacaq.

Xatırladaq ki, Qremmi namizədləri noyabrın 25-də açıqlanıb. Qremmi uğrunda bu il ifaçılar doqquz nominasiya üzrə mübarizə aparacaqlar. Mükafatlandırma mərasimi Los-Ancelesdə baş tutacaq.

# 1682 dəfə oxunub

Müəllifin son yazıları

# # #