Rayan Reynolds və Bleyk Layvli 34 illik rekordu qırdılar

Rayan Reynolds və Bleyk Layvli 34 illik rekordu qırdılar
13 avqust 2024
# 17:51

Rayan Reynoldsun yeni filmi "Dedpul və Volverin" ekranlara çıxdıqdan sonra kassa rekordları qırır.

Kulis.az xəbər verir ki, film hətta 1 milyard dollardan çox gəlir əldə edə bilib.

Reynoldsun həyat yoldaşı, aktrisa Bleyk Layvlinin çəkildiyi "Bizimlə bitər" filmi keçən həftə ekranlara çıxıb və ABŞ-də 50 milyon dollar qazanıb.

"Dedpul və Volverin" ABŞ-da kassada birinci, "Bizimlə bitər" isə 2-ci yerdə qərarlaşıb.

Rayan Reynolds və Bleyk Layvli 34 illik rekordu qırıblar - 2

Kassaların zirvəsində olan cütlük 34 ildən sonra ilkə imza atıb.1990-cı ildən bəri ilk dəfə idi ki, bir cütlük kassada lider oldu.

Qeyd edək ki, 1990-cı ildə Bryus Uillisin "Çətin ölüm 2" filmi və həyat yoldaşı Demi Murun "Ruh" filmi kassada birinci yer tutmuşdu.

Rayan Reynolds və Bleyk Layvli 34 illik rekordu qırıblar - 3

# 600 dəfə oxunub

Müəllifin son yazıları

# # #