Qorxmaz Şıxalıoğlunun yeni kitabları nəşr edildi

Qorxmaz Şıxalıoğlunun yeni kitabları nəşr edildi
23 iyun 2020
# 13:33

Tanınmış şair-publisist Qorxmaz Şıxalıoğlunun yeni “Ötən avqust” adlı şeirlər kitabı çap olunub.

Kulis.az xəbər verir ki, müəllif kitaba yazdığı ön sözdə poeziya ilə bağlı düşüncələrini belə ifadə edir: “Bu kitab oxucularla ikinci görüşümdür. Və düşünürəm ki, bu uzun illər ərzində poeziyaya baxışımda heç nə dəyişməyib. Günəşə, bahara, kəndimizə, dostlara, torpağa olan münasibətim kimi. Fikirləşirəm ki, poeziya elə bu sadaladıqlarımın əksidir…”

Qeyd edək ki, “Ötən avqust”la yanaşı, Qorxmaz Şıxalıoğlunun “Şirvannəşr” nəşriyyatında uşaqlar üçün yazdığı “Bom-Bom” adlı şeir kitabı da işıq üzü görüb.

Gallery

Gallery

# 2924 dəfə oxunub

Müəllifin son yazıları

# # #