Amerika musiqiçisi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Bob Dilanın Yaponiyada keçirilməsi planlaşdırılan konsert turu koronavirus təhlükəsi ilə əlaqədar ləğv edilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, musiqiçinin konsert turu aprelin 1-dən 24-dək keçirilməli idi.
Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar hazırda Yaponiyada kütləvi tədbirlər və konsertlər ləğv edilib, məktəblər bağlanıb.