Nemanzadənin nəticəsi xalqa müraciət etdi: Onu necə unuda bilərsiz? - Video

Nemanzadənin nəticəsi xalqa müraciət etdi: Onu necə unuda bilərsiz? - Video
8 sentyabr 2020
# 17:16

Ömər Faiq Nemanzadənin nəticəsi Ülvi Pepinova Azərbaycan xalqına müraciət edib.

O, ulu babası, tanınmış azərbaycanlı maarifçi, yazıçı, ictimai-siyasi xadim Ömər Faiq Nemanzadənin unudulmasından narahatlığını ifadə edib. Ülvi Pepinova qeyd edib ki, artıq Ömər Faiq adı bir çox dərsliklərdən və kitablardan çıxarılıb. Eyni zamanda onun xidmətləri, demək olar ki, bu gün insanlar tərəfindən dilə gətirilmir. Hərçənd onun təkcə Molla Nəsrəddin jurnalını təsis etməsi və burada silahdaşı Mirzə Cəlillə çiyin-çiyinə vuruşması Azərbaycan xalıq tərəfindən bütün müstəvilərdən xatırlanmalıdır.

Ülvi Pepinova eyni zamanda bu yöndə Azərbaycanda fəaliyyət göstərən muzeylərə də müraciət etdiyini, lakin onun müraciətinə hələki heç bir muzeydən cavab gəlmədiyini bildirib. O, üzünü ictimaiyyət nümayəndələrinə, bloggerlərə tutaraq Ömər Faiq Nemanzadə adının layiq olduğu nöqtəyə daşımaqda yardımçı olmağı xahiş edib.

Qeyd edək ki, Ülvi Pepinova tanınmış rəsamdır. Onun kətan və şüşə üzərində rəsmləri London da daxil olmaqla bir sıra şəhərlərdə sərgilənib.

# 3134 dəfə oxunub

Müəllifin son yazıları

# # #