Müşfiqdən aşiqanə bir qəzəl – Mətn

Müşfiqdən aşiqanə bir qəzəl – Mətn
6 sentyabr 2020
# 12:00

Kulis.az “Baza oxusu” layihəsindən Mikayıl Müşfiqin qəzəlini təqdim edir.

Mehribanım bağı-eşqin ey müəttər susəni,
Qoyma öpsün gizlicə hər bülbülü bədxu səni.

Mən sənin bir rəhmidil səyyadınam, gəl qoynuma,
Gəl öpüm, gəl oxşayım, ey nazənin mərru səni.

Sızlayan mən, ah edən mən, amma bilməzəm neçün
Həp sığar ağuşuna gah o səni, gah bu səni.

Eşqi-səhrasında sərgərdan gəzən bir təşnəyəm,
Sevgilim, içsəm nə olur şəhdi-zülali busəni.

Müşfiqa iqlimi-sevdadan ziyanım yox fəqət
Tiri-müjganıyla yıxdı bir kaman əbru səni.

# 4904 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #