Xalq yazıçısı Anar ölümdən döndü

Xalq yazıçısı Anar ölümdən döndü
8 avqust 2019
# 18:45

Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar bu günlərdə ölüm təhlükəsi ilə üz-üzə qalıb.

Kulis.az xəbər verir ki, yazıçı bu barədə “Yeni Müsavat”ın əməkdaşına açıqlamasında bildirib.

Xalq yazıçısı hadisəni belə nəql edib: “Orda ailə ilə bir yerdə dincəlirdik. Amma dəniz turuna tək çıxmışdım. 6 saatlıq tur idi. Çox maraqlı idi. Adalar, qədim yunan mifləri ilə bağlı məkanlar...Odisseyin səyahəti həmin adalarla bağlıdır. Az qaldı mən də Odissey kimi əfsanəyə dönəm. Otelin hovuzunda çimirdim, dedim dənizə də baş vurum. Özümü göyərtədən dəniz atdım. Demə, gəmi dənizin lap dərin yerində dayanıbmış. Dərinlik bəlkə də üç mən hündürlükdəydi. Boğulurdum, su ağzıma dolurdu”.

# 2243 dəfə oxunub

Müəllifin son yazıları

# # #