Məşhur rejissor polis cinayətinə film həsr etdi

Məşhur rejissor polis cinayətinə film həsr etdi
2 iyun 2020
# 11:39

ABŞ rejissoru, ssenaristi və aktyoru Spayk Li, George Floydun ölümündə irqçi münasibət göstərən polis cinayətlərinə qarşı yeni qısa film çəkib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, “3 Qardaş: Radio Rahim, Erik Garner və Gerorge Floyd” adlı qısa film polis tərəfindən öldürülən üç insandan bəhs edir.

Qatıldığı televiziya proqramında rejissor bunları söyləyib: “Yaşanan bütün bu digər şeyləri qəbul etmirəm, amma insanların bunu nə səbəbdən etdiyini anlaya bilmirəm”.

Xatırladaq ki, mayın 25-də Minneapolisdə şəhərində xidmət edən ağ dərili polis işçisi qandallı şəkildə yerə uzanan Afroamerikan George Floydu qətlə yetirmişdir.

# 2114 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #