Koronavirus səbəbindən dünya kinosektoru 2 ay ərzində 5 milyard dollar zərərə uğrayıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın bir çox yerlərində filmlərin çəkilişləri, qala gecələri təxirə salınır.
Avropadakı epidemiyadan ən çox təsirlənən ölkə İtaliyada olub. Hökumət həftənin əvvəlində bir ay davam edəcək karantin qərarı verib. Kinoteatrlar, karantin şərtlərinə görə ən azı 3 aprel tarixinə qədər bağlanacaq.