Bakıda Beynəlxalq Teatr Festivalı keçiriləcək

 Bakıda Beynəlxalq Teatr Festivalı keçiriləcək
30 avqust 2019
# 18:30

Oktyabrın 10-dan 20-dək “YARAT” Müasir İncəsənət Məkanında 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, əvvəlki iki buraxılışda olduğu kimi, bu dəfə də festival şəhərin əsas teatr səhnələrini əhatə edəcək və ən cəsur, maraqlı tamaşalar təqdim edəcək.

Proqrama dram, müasir rəqslər, fiziki teatr və kukla tamaşalarından tutmuş klounada və sirk elementlərinə malik musiqili tamaşalara qədər ən müxtəlif janr və istiqamətləri təmsil edən 18 tamaşa daxildir.

Bu il festivalda Y. Vaxtanqov adına Dövlət Akademik Teatrı (Rusiya), “AXE” Mühəndis Teatrı (Rusiya), “Priyut komedianta” Teatrı (Rusiya), “Kukolniy dom” Teatrı (Rusiya), Yeni Riqa Teatrı (Latviya), Akademik Malıy Dram Teatrı – Avropa Teatrı (Rusiya), Devid Espinoza Kukla Teatrı (İspaniya), “OLE!” kollektivi (İspaniya / Böyük Britaniya), “WHS” Teatrı (Finlandiya), dünyaca məşhur “Kibbutz” Müasir Rəqs kollektivi (İsrail), “Sardegna” Teatrı (İtaliya), “Atelye” Teatrı (Rusiya), “Puppet Cinema” kollektivi (İsrail) və “Recirquel” şirkəti (Macarıstan) iştirak edəcək.

Qeyd edək ki, festivalın bədii rəhbəri Kamran Şahmərdandır.

# 2035 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #