Kamil Əfsəroğlunun “Çadır” kitabı işıq üzü gördü

Kamil Əfsəroğlunun “Çadır” kitabı işıq üzü gördü
8 yanvar 2021
# 15:49

Tanınmış yazıçı-publisist Kamil Əfsəroğlunun “Çadır” kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitabda yazıçının müxtəlif illərdə qələmə aldığı roman və hekayələr toplanıb. Oxucu yazıçının əsərlərində yaradıcılıq dünyasına dalır, həyatı fərqli, daha əsrarəngiz və rəngarəng görür. Kamil Əfsəroğlunun nəsrində bir rəng də var – adsız rəng. Oxucu bu rəngin sehrinə düşür, sirlərinə tapınmaq istəyir. Müəllifə görə, ədəbiyyat gerçəklikdən də yüksəkdə durmalıdır. Özünə sığmayan dünya bəzən yazıçının bircə hekayəsinə sığır. Bu, bizim dünyamızdır.

“Çadır” bədii məziyyətləri, mövzu aktuallığı və qloballığı ilə də maraq çəkir. Qarabağ mövzusu yazıçının şahidi olduğu hadisələrin fonunda, tanıdığı insanların simasında real və dolğun əksini tapır. Çadır həyatı yerindən-yurdundan didərgin düşmüş insanları çətinliklərlə üzləşdirir, sınağa çəkir və onlar doğma torpaqlarına qayıtmaq inamını, ümidini itirmirlər. Qarabağın azadlığına, Qələbəyə aparan yol da bu inam və ümiddən keçir.

# 2316 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #