Kulis.az Hüseyn Arifin "Xalqsız xalq şairləri" şeirini təqdim edir.
Bir həyat şairi var,
Bir də vaxt şairləri.
Eldən, gündən xəbərsiz
Saray, taxt şairləri.
Biri haqqa daş atar,
Biri kölgədə yatar,
Kim sevib, kim yaşadar
Bu bədbəxt şairləri.
- Puqaçovadan haqlarında çıxan iddialara cavab
- Amerikanı ifşa etdiyinə görə “acından ölən” DAHİ
- Gözəl hekayələr müəllifi XATİRƏ
Biri var, üzdəniraq
Haça dil, hazıryaraq.
Qapı, baca, künc, bucaq
Əl-ayaq şairləri.
Hüseyn Arif, nə xəbər
Nə qədərmiş nə qədər
Başsız başa keçənlər
Xalqsız xalq şairləri.