Azərbaycanlı yazıçı dünyasını dəyişdi

Azərbaycanlı yazıçı dünyasını dəyişdi
16 may 2021
# 17:16

Əməkdar jurnalist, yazar Svetlana Nəcəfova vəfat edib.

Kulis.az xəbər verir ki, yazar bu gün dünyasını dəyişib.

Xatırladaq ki, Svetlana Nəcəfova 1938-ci il iyulun 8-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub. 1955-1960-ci illər Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. 1973-1977-ci illərdə "Azərbaycan qadını" jurnalı redaksiyasında şöbə redaktoru, 1977-1992-ci illərdə isə baş redaktorun müavini vəzifələrində çalışıb. 1996-2003-cü illər "Respublika" qəzeti redaksiyasında humanitar problemlər şöbəsinin müdiri, 2003-2008-ci illər isə Teleradio şirkətinin əməkdaşı olub. Qırmızı qalstuklar klubu" (1966), "Ömrə sevinc gətirənlər" (1984), "Hər ömür nəğmədir" (1988), "Biz beynəlmiləlçilərik" (1988) "Onun taleyi" (1990) kitablarının müəllifidir.

Ramiz Əliyarov ilə aillə quran Nəcəfovanın qızı Nərgiz Əliyarova Azərbaycanın əməkdar artistidir.

# 2113 dəfə oxunub

Müəllifin son yazıları

# # #