Rüstəm İbrahimbəyov İrek Zinnurovla görüşdü - Foto

Rüstəm İbrahimbəyov İrek Zinnurovla görüşdü - Foto
9 iyun 2021
# 17:02

Mayın 8-də Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rossotrudnicestvo) rəhbəri İrek Zinnurovu qəbul edib.

Görüşdə Azərbaycan və Rusiya kinematoqrafçılarının əməkdaşlıq perspektivləri, azərbaycanlı tələbələrin Moskvada kino instututlarında təhsili və Rusiya Kino Günlərinin keçirilməsi təşəbbüsləri müzakirə olunub. Hər iki tərəf onilliklər boyu iki ölkə kinematorafçılarının əlaqələrinin effektivliyini qeyd etmiş və bu ənənənin saxlanılması və inkişaf etdirilməsinin vacibliyini təsdiqləyiblər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov və Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin mədəni layihələrinin koordinatoru Tamilla xanım Həsənova da görüşdə iştirak edib.

Qeyd edək ki, tərəflər müzakirə olunan məsələlərlə bağlı görüşləri intensivləşdirməyi qərara alıblar.

# 1138 dəfə oxunub

Müəllifin son yazıları

# # #