Xalq artisti Hacı İsmayılov: "Televiziya rəhbəri olsaydım..."

Xalq artisti Hacı İsmayılov:  "Televiziya rəhbəri olsaydım..."
17 iyul 2024
# 10:09

"Zamanın nöqsanıdır. Əvvəl uşaqlar böyük-kiçik yeri bilirdi. İndiki zamanda bilmirəm, bu, qəddarlıqdır, ya nə, məktəblərdə xoşagəlməz hadisələr baş verir. Nəzarəti gücləndirmək lazımdır".

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Hacı İsmayılov "Otaq 9" layihəsində deyib. O, telefonların uşaqlarda aqressiya yaratdığını vurğulayıb:

"Telefonlarda, filmlərdə uşaqların qəddar olmasına gətirib çıxaran o qədər nüanslar var ki. Onlara baxırlar və təsir edir. Nəzarəti gücləndirmək lazımdır. Uşaqlarda təhsilə maraq oyatmaq lazımdır. Əvvəl gəzəndə görürdüm oturacaqda və ya metroda əyləşib kitab oxuyurlar. Amma indi görmürəm. Hamı oturub elə telefonla məşğul olur. Telefon aqressiya, xoşagəlməz hisslər yaradır. Uşağı indiki zamanda boş buraxsan, tez pozula bilər".

H.İsmayılov televiziyalarla bağlı iradlarını səsləndirib:

"Televiziya rəhbəri olsaydım, qoymazdım ki, efirə səviyyəsiz adamlar çıxsın. Əxlaqı olmayan adamın çıxıb orada əxlaq dərsi deməyi gülməlidir. Televiziyaya çıxan nə dediyini bilməlidir ki, ona tamaşaçılar baxır. Ağzına gələni deyə bilməzsən, bu, ayıb, mənəviyyatsızlıq, məsuliyyətsizlikdir. Hər halda çox çətin zamandır. Dövr çox dəyişib. Qlobal hadisələr o qədər güclü cərəyan edir ki, kimin haqlı, kimin haqsız olduğunu anlamaq çətindir".

# 1167 dəfə oxunub

Müəllifin son yazıları

# # #