Azərbaycanlı müğənni koronavirusdan sağaldı

Azərbaycanlı müğənni koronavirusdan sağaldı
10 iyul 2020
# 15:50

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Bahh Tee (Bəxtiyar Əliyev) bir müddət əvvəl koronavirusa yoluxduğunu açıqlamışdı.

Sənətçi sağaldığını deyib. O, 10 gündən çox COVID-19-dan müalicə olunduğunu söyləyib.

Ötən gün ifaçı sosial şəbəkədə müalicələrini etdiyini və həkimin ona tam sağaldığını dediyini bildirib. Bahh vurğulayıb ki, yenidən test verib və orqanizmində heç bir virus aşkarlanmayıb.

Qeyd edək ki, Bahh Tee iyunun 30-da İnstaqram səhifəsində koronavirus infeksiyasına yoluxduğunu deyərək, onunla görüşən hər kəsə xəbər vermişdi. /axsam.az/

# 2450 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #