"Kardeş kalemler"in növbəti sayında "Azərbaycan səninləyik" şüarı - Foto

"Kardeş kalemler"in növbəti sayında "Azərbaycan səninləyik" şüarı - Foto
2 oktyabr 2020
# 18:31

Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyinin (AYB) aylıq dərgisi olan “Qardaş qələmlər” ədəbi jurnalının növbəti sayı “Azərbaycan səninləyik!” şüarı ilə işıq üzü görüb.

Kulis.az xəbər verir ki, AYB-in sədri, tanınmış yazıçı-publisist Yaqub Öməroğlu jurnalın bu nömrəsinə yazdığı ön sözdə Ermənistanın ölkəmizə qarşı hərbi hücumlarını davam etdirməsini, düşmən ordusunun Azərbaycanda dinc əhalini, mülki yaşayış evlərini və obyektləri davamlı atəşə tutmasını hiddətlə qınayıb. Yazıçı bildirib ki, hər bir vicdanlı qələm əhli sülhsevər dünya ictimaiyyətinə müraciət ünvanlayaraq Azərbaycanın haqlı mübarizəsində ədalətli mövqe sərgiləməyi tələb etməlidir.

Xatırladaq ki, Avrasiya Yazıçılar Birliyi Ermənistanın işğalçılıq siyasətinə son qoyulması ilə əəlaqədar dünya birliyinə müraciət ünvanlayıb. /azertag.az/

Gallery

# 1528 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #