Görmə əngəlli uşaqlar üçün yeni ədəbiyyat saytı yaradıldı

Görmə əngəlli uşaqlar üçün yeni ədəbiyyat saytı yaradıldı
27 iyun 2019
# 17:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin sifarişi ilə “Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin hazırladığı yeni mobil tətbiqetmə və saytın təqdimat mərasimi keçirilib.

Kulis.az-ıın verdiyi xəbərə görə, “Danışan kitab” adlanan sayt görmə imkanları məhdud uşaqlar üçün nəzərdə tutulub. Saytda dünya və azərbaycan klassiklərinin hekayələri peşəkar aktyorların ifasında, səsli formatda təqdim olunub.

Təqdimat mərasiminə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov qatılaraq layihə haqqında məlumat verib və gələcəkdə böyüklər üçün də belə tədbirlərin hazırlanacağını qeyd edib.

Daha sonra çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov , “Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin icraçı direktoru Elxan Mərdanlı çıxış edərək yeni layihənin əhəmiyyətindən danışmış və müvafiq qurumların əməkdaşlığının vacibliyini vurğulayıb.

# 1858 dəfə oxunub

Müəllifin son yazıları

# # #