Azərbaycanda tarixi abidəyə müdaxilə edən şəxslər saxlanıldı

Azərbaycanda tarixi abidəyə müdaxilə edən şəxslər saxlanıldı
7 avqust 2020
# 10:10

Cəlilabad rayonu Musalı kəndində yerləşən və yeni aşkar edilmiş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilən “Qazan köşkü” arxeoloji abidəsinə müdaxilə olunub.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə səyi nəticəsində qanunsuz qazıntı işləri aparan şəxslər saxlanılıb.

Qeyd edək ki, hündür təpə üzərində yerləşən “Qazan köşkü” abidəsi ətraf əraziləri müşahidə altında saxlamağa imkan verən istehkam (qala) funksiyasını daşıyıb. Orta əsrlərə (təqribən VIII-XIII əsrlər) aid “Qazan köşkü” müşahidə məntəqəsi, qala, istehkam, sığınacaq yeri kimi istifadə olunub.

# 1958 dəfə oxunub

Müəllifin son yazıları

# # #