"Oğlan evi: Azərbaycansayağı qarət" kinokomediyasının treyleri bu gün təqdim olunub. Kulisin məlumatına film dekabrın 3-dən paytaxt kinoteatrlarında nümayiş etdiriləcək.
Baş rollarını Fərda Amin, Elcan Rəsulov və İslam Mehrəliyev oynayan "Oğlan evi" filminin rejissoru İlham Qasımovdur.
Ssenari üzərində İ.Qasımovla bərabər Tural Sevdimalı və DJ Fateh işləyib. Texniki heyətinin bir hissəsini xarici mütəxəssislər təşkil edən "OĞLAN EVİ" kinokomediyasının quruluşçu operatoru Mixail Xarçenkodur.
Filmdə, həmçinin, Abbas Qəhrəmanov, Xumar Səlimova, Qurban Məsimov, Yadigar Muradov, müğənni Xəyyam Nisanov və aparıcılar DJ Fateh və Mətanət Əliverdiyeva rol alıblar.
Filmin ssenarisinə görə Bakıda 3 nəfərə eyni mənzil satılıb. Qəhrəmanlar pullarını qaytarmaq üçün, bunu etmiş sahibkarın oğlunun toyunu qarət etmək qərarına gəlirlər.