Amerikalı rejissor İrana başsağlığı verdi

Amerikalı rejissor İrana başsağlığı verdi
9 yanvar 2020
# 10:20

Amerikalı sənədli film rejissoru Maykl Mur İran İslam İnqilabı Keşikçiləri Korpusununn Komandiri Qasım Süleymaniyə görə İrana başsağlığı verib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Maykl Mur özünün "Twitter" hesabında fars dilində yazdığı başsağlığı mətnində ABŞ vətəndaşlarının əksəriyyətinin seçkilərdə Donald Trampa səs vermədiyini qeyd edib. O, Tehranı Trampın hərəkətlərinə aqressiv reaksiya göstərməməyə, Amerika xalqına onu prezidentlikdən uzaqlaşdırmasına imkan yaratmağa çağırıb.

Xatırladaq ki, Vaşinqtonla Tehran arasında münasibətlər ABŞ-ın yanvarın 3-nə keçən gecə İraqın paytaxtı Bağdad hava limanına hava hücumu nəticəsində Süleymanini öldürməsindən sonra kəskinləşib.

# 2058 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #