“Latın Amerikası romanı” çap olundu

“Latın Amerikası romanı” çap olundu
29 dekabr 2014
# 17:57

“Tərcümə Mərkəzinin Kitabları” seriyasından növbəti nəşr – “Latın Amerikası romanı” kitabı işıq üzü görüb.

Kitaba Xuan Karlos Onettinin (1909-1994, Uruqvay) “Girdab”, Ernesto Sabatonun (1911-2011, Argentina) “Tunel”, Qabriel Qarsiya Markesin (1928-2014, Kolumbiya) “Mənim küskün gözəlçələrim” Mario Varqas Lyosanın (1936, Peru) “Küçüklər” romanı daxil edilib.

Ayrı-ayrı ölkələri təmsil edən, hər biri özünəməxsusluğu ilə seçilən bu yazıçılar ayrı-ayrı üslublarda yazıb-yaratsalar da eyni bir məqamı – gerçəkliklə xəyal arasında sərhədlərin itdiyi yeni insan nəslinin tarixini qələmə alıblar.

Kitabın tərcüməçisi istedadlı nasir, tərcüməçi Saday Budaqlıdır.

# 1078 dəfə oxunub

Müəllifin son yazıları

# # #