"Oskar"a namizədlər siyahısında bu film liderdir

"Oskar"a namizədlər siyahısında bu film liderdir
14 yanvar 2020
# 14:32

Amerika Kino Sənəti Akademiyasının 92-ci dəfə təqdim ediləcək mükafatına nominasiyalar bazar ertəsi elan olunub.

Rejissor Todd Fillipsin “Coker” filmi 11 nominasiya üzrə liderlik edir. Eyni zamanda, “1917”, “İrlandiyalı” və “Bir dəfə Hollivudda” filmləri hərəyə 10 nominasiya əldə ediblər.

Qadın cinsinin nümayəndələri ən yaxşı rejissor kateqoriyasından bu dəfə tamamilə kənarlaşdırılıb: bu kateqoriyada 5 nominasiyanı Martin Skorseze “İrlandiya”, Todd Fillips “Coker”, Sem Mendes “1917”, Kventin Tarantino “Bir dəfə Hollivudda” və Bonq Cun Ho “Parazit” filmlərinə görə qazanıblar. 2020-ci il “Oskar” nominasiyasında, həmçinin qaradərili aktyorlar da yer almayıb.

Xatırladaq ki, “Oskar-2020” mükafatlarının təqdim edilməsi mərasimi fevralın 9-da təşkil olunacaq. Artıq ardıcıl olaraq ikinci ildir ki, şou aparıcısız keçiriləcək./azertag.az/

# 1834 dəfə oxunub

Müəllifin son yazıları

# # #