“İlin son komediyası” olacaq

“İlin son komediyası” olacaq
9 dekabr 2016
# 16:45

ATV “İlin son komediyası” adlı film çəkib. Kulis.azın məlumatına görə film yeni il və dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə çəkilib.

Filmdə ATV-nin bütün aparıcıları, tanınmış aktyorlar rol alıb.

Ssenaridə ATV-nin aparıcıları yeni ili qeyd etmək üçün şəhərdən kənar otellərdən birinə yollanırlar. Həmin vaxt otelin sahibi üçün olduqca dəyərli əşyalardan biri itir. Oteldə istirahət edən aparıcılar şübhəli qismində görülür. Və hamı o dəyərli əşyanı tapmaq üçün yollar axtarır. Əsl macəra da bundan sonra başlayır.

Komik situasiyalar, maraqlı səhnələr, həmçinin həyəcanlı və duyğulu məqamlar bu film üçün xarakterikdir. Film gözlənilməz sonluqla bitir.

Qeyd edək ki, film 31 dekabrda ATV-də yayımlanacaq.

# 957 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #