Azərbaycanın Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün A.P.Çexov adına XV Beynəlxalq teatr festivalı çərçivəsində Moskva Musiqi Evində “Dünya məhəbbət üzərində qurulub” kompozisiyası ilə çıxış edib.
Kulis.az xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri muğamları ilə tamaşaçıların könlünü oxşayıblar.
Qeyd edək ki, muğam 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu gün dünyada ən məşhur muğam ifaçısı Alim Qasımov hesab olunur. Onun ifa tərzi unikaldır, o, muğamın çoxəsrlik, həmçinin caz və müasir kompozisiya kimi müxtəlif janrların mürəkkəb və yenilikçi qaydalarına söykənən, dərin biliklərə malik bir ifaçıdır.