Prezidentin bizə demədikləri – APA TV

Prezidentin bizə demədikləri – APA TV
24 dekabr 2023
# 20:57

Dünyada beynəlxalq səviyyədə tanınan 195 dövlət, hərəsinin də öz rəhbəri var. Amma dünyada neçə lider var, dəqiq demək çətindir. Azərbaycan olaraq bizim qismətimizə liderli ölkə olmaq düşüb. O bizdən, biz də ondan ilhamlanırıq. O bizə yer saxlayır, biz də ona qəlbimizdə yer ayırmışıq. Azərbaycan ən böyük qələbəsini onun liderliyi ilə qazanıb. Özü də cəmi 44 günə!

Biz bilmirik ona bu qətiyyətindən bir addım geri çəkilmək üçün nələr təklif olunub və ya o nələrdən imtina edib. Məsələn deyirəm, bəlkə Avropa Birliyi deyib ki, sən Qarabağdan əl çək, biz də sizin ölkəyə qapı açaq. Ən böyük şirkətlərlə əməkdaşlıqlar, böyük nəqliyyat dəhlizləri, neft-qaz layihələri və sair bilmədiyimiz təkliflər də edilib çox güman. Söhbət Qarabağın dünya əhəmiyyətli strateji yer olmağından getmir. Söhbət səlibçilik xəstəliyindən gedir. Onlar bu qələbəni rahat həzm etmirlər.

Dünyada bir neçə yer var ki, səlibçilərin oyun ocağıdır. O yerlərdən biri də Qarabağdır. Fikir verdinizsə xristianlar demədim. Tərkibində işğalçılıq, yağmalayıcılıq, məkrlilik gizlədən səlibçilik ifadəsini işlətdim.

Bayaq dediyim kimi İlham Əliyev nələrdən imtina edib, hansı təzyiqlərə, hansı gərginliklərə sinə gərib bir özü bilir, bir də Allah. Amma məncə biz də bilməliyik. Onun yaşlaşanda memuarlarını oxumaq arzusu ilə 62 yaşını təbrik edirik. Doğum gününüz mübarək, cənab Ali Baş Komandan! Siz özünüz qapı, yol, obrazlı desək sabahlar açırsınız...

# 747 dəfə oxunub

Müəllifin son yazıları

# # #