Kitab sərgisi

4500 illik qızıl sancaq - Troyanın gizli mirası

4500 illik qızıl sancaq - Troyanın gizli mirası
29 sentyabr 2025
# 13:02

Antik Troya şəhərində 160 ildən artıqdır davam edən arxeoloji qazıntılar 2025-ci ildə də dünya arxeologiya tarixinə düşəcək səviyyədə mühüm bir tapıntı ilə yadda qaldı.

Kulis.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin “Gələcəyə miras” layihəsi çərçivəsində aparılan qazıntılar zamanı Troya sivilizasiyasının Erkən Tunc dövrünə (e.ə. 2500-cü il) aid qızıl halqalı saç sancağı aşkar edilib.

Dünyada sadece 3 tane var! Çanakkale'de eşsiz hazine ortaya çıktı - 1

Cəmiyyətdə status və güc rəmzi kimi istifadə olunan bu sancaqla yanaşı, eyni yerdə tunc iynə və nadir rast gəlinən nefrit daşı da aşkarlanıb.

Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy sosial şəbəkə hesabında paylaşdığı açıqlamada yeni tapıntıların dünya arxeologiyası üçün son dərəcə mühüm olduğunu vurğulayıb.

Qızıl sancaq tipoloji və tarixi baxımdan son 100 ilin ən mühüm tapıntılarından biri kimi qiymətləndirilir. Dünyada bu tip halqalı sancaqdan yalnız üç ədəd mövcuddur və Troya qazıntılarında üzə çıxarılan nümunə onların ən yaxşı qorunmuş olanıdır.

Dünyada sadece 3 tane var! Çanakkale'de eşsiz hazine ortaya çıktı - 3

Eyni ərazidən tapılan nefrit daşı isə xəzinə tapıntıları arasında çox nadir nümunələrdən biri kimi diqqət çəkir. Böyük ehtimalla, üzük qaşı və ya bəzək əşyası kimi istifadə edildiyi güman edilən bu daş 4500 il əvvəl Troyada dəbdəbəli istehlak məhsullarının tərkib hissəsi olub.

Qeyd edək ki, tapıntılar Troya Muzeyində nümayiş etdiriləcək.

Dünyada sadece 3 tane var! Çanakkale'de eşsiz hazine ortaya çıktı - 6

# 151 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər