Bütün zamanların ən gözəl aktrisasının həyatı film olur

Bütün zamanların ən gözəl aktrisasının həyatı film olur
23 oktyabr 2020
# 16:53

Dünya şöhrətli film ulduzu Odri Hepbernin həyatından bəhs olunan film çəkilir.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bütün zamanların ən gözəl aktrisalarından hesab olunan, Oskar mükafatlı aktrisa Odri Hepbernin uğurlarla dolu həyatı haqqında sənədli film çəkilir. Tanınmış rejissor Helena Koanın ekranlaşdırması planlaşdırılan filmdə Hepberinin oğlu Sean Hepbern Ferrer, “Givenchy”nin keçmiş direktoru Kler Ueyt Kaller, “Tiffany & Co”nun dizayn direktoru Con Lorinq kimi məşhurların Odri haqqında verdiyi müsahibələr yer alacaq.

Təkcə aktrisa kimi deyil, həm də stil ikonası kimi yaddaşlara həkk olan Hepbern haqqında çəkilən “Odri” filmi Amerikada bu il nümayiş olunacaq.

# 2428 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #