13 yaşından kiçik qızla qanunsuz cinsi əlaqə - 82 yaşlı müğənniyə qarşı dəhşətli ittiham

13 yaşından kiçik qızla qanunsuz cinsi əlaqə -  82 yaşlı müğənniyə qarşı dəhşətli ittiham
3 iyul 2026
# 11:30

Britaniyalı müğənni Qari Qlitter 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində törətdiyi iddia edilən cinsi xarakterli cinayətlərə görə yeni ittihamlarla məhkəmə qarşısına çıxacaq.

Kulis.az xəbər verir ki, bu barədə London polisinin rəsmi bəyanatına istinadən "BBC" məlumat yayıb.

Məsələ ilə bağlı ilk dinləmələr avqustun 5-də Vestminster Magistratura Məhkəməsində başlayacaq. Cinayət barədə şikayət ərizəsi polisə 9 yanvar 2025-ci ildə daxil olub və bundan sonra faktların araşdırılmasına başlanılıb. Qedd bu iş üzrə ilk dəfə 22 iyul 2025-ci ildə dindirilib. Hazırda 82 yaşlı musiqiçi Devon qraflığındakı Kenninqs-Vud həbsxanasında saxlanılır.

İstintaqın detalları və prokurorun açıqlaması

Londonun baş prokurorunun müavini Betan Devid iş materialları dərindən öyrənildikdən sonra yeni ittihamların rəsmən irəli sürüldüyünü təsdiqləyib:

"Bu, 1978-1981-ci illər arasında baş verdiyi ehtimal edilən zorakılıq dövrünə aid bir qadının verdiyi şikayət ərizəsi əsasında həyata keçirilir".

Dörd ağır ittiham

Yaşlı musiqiçiyə qarşı ümumilikdə dörd ağır cinayət ittihamı irəli sürülüb. İstintaqın məlumatına görə, bütün cinayətlər 1978-1981-ci illər ərzində Kensinqtonda yerləşən yaşayış binasında eyni zərərçəkənə qarşı törədilib. Həmin ittihamlar bunlardır:

13 yaşından kiçik qızla qanunsuz cinsi əlaqə (1 ittiham);

14 yaşından kiçik qıza qarşı əxlaqsız qəsd və təcavüz (3 ittiham).

# 98 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər