Google saksofonun yaradıcısını andı

Google saksofonun yaradıcısını andı
6 noyabr 2015
# 14:34

Google saksofonun yaradıcı Adolf Saxa həsr olunmuş dudl hazırlayıb. Musiqi alətləri hazırlayan Saks klarnetdə dəyişikliklər edərək saksofonu yaradıb. Yeni alət onun şərəfinə adlandırılıb.

Belçikanın Dinant şəhərində anadan olan Saksın atası musiqi alətləri istehsalçısı idi. Ömrünün ilk illərini Dinantda keçirən Saks 1841-ci ildə Parisə köçüb, orada da vəfat edib. Dinanda yaşadığı ev hazırda muzey kimi fəaliyyət göstərir.

# 1798 dəfə oxunub

Müəllifin son yazıları

# # #