Türkiyə musiqi sektoru beynəlxalq arenada tarixi addım ataraq "All Stars Music Türkiye" və "Recording Academy" əməkdaşlığı çərçivəsində böyük uğura imza atıb.
Kulis.az xəbər verir ki, Türkiyədə yaşayan 13 türk musiqiçi "Recording Academy"nin 2026 üzvlüyünə qəbul edilib.
Bu heyətə ifaçılar, bəstəkarlar, söz yazarları, prodüserlər və kino musiqisi üzrə mütəxəssislər daxildir.
"All Stars Music Türkiye" rəhbəri Mine Aksoy deyib ki, seçilən 13 nəfər səsvermə səlahiyyətinə sahib üzv statusu alaraq 69-cu "Qremmi" mükafatlarında həm öz əsərlərini təqdim edə, həm də namizədlərin və qaliblərin müəyyənləşməsində iştirak edə biləcəklər.
Qeyd edək ki, struktur hər il Türkiyədən daha çox musiqiçinin Akademiya üzvü olması üçün açıq kanal rolunu oynayacaq.
13 türk musiqiçi "Recording Academy” üzvü seçildi – Tarixi uğur