"Qarabağa çıxış" adlı qısametrajlı film çəkilib

"Qarabağa çıxış" adlı qısametrajlı film çəkilib
25 dekabr 2020
# 17:19

Bakı Nəqliyyat Agentliyinin dəstəyi ilə “TAKE Company” tərəfindən “Qarabağ çıxış” adlı qısametrajlı film çəkilib.

Agentlikdən Kulis.az-a bildirilib ki, peşəkar komandanın ərsəyə gətirdiyi filmdə birinci Qarabağ müharibəsi zamanı öz doğma yurdlarından köçmək məcburiyyətində qalan azərbaycanlılarla Vətən müharibəsi nəticəsində işğaldan azad olunan torpaqlarımızda qanunsuz məskunlaşan ermənilərin evlərini tərk etməsi müqayisəli formada təqdim edilir. Filmin sonunda ulu öndər Heydər Əliyevin işğal altındakı torpaqlarımızın azad olunacağına sonsuz inamı və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin xalqımıza Qələbə müraciətindən bir hissə də yer alıb.

# 1699 dəfə oxunub

Müəllifin son yazıları

# # #