Erməni əsgəri haqqında film beynəlxalq mükafata layiq görülüb - Bəs biz?

Erməni əsgəri haqqında film beynəlxalq mükafata layiq görülüb - Bəs biz?
17 noyabr 2023
# 12:22

"Qarabağda itkin düşən, bir ildən sonra sümükləri tapılan erməni əsgəri haqqında sənədli film sənədli kinonun bir nömrəli festivalında, İDFA-da baş mükafatı qazanıb.
Debüt olan filmi əsgərin bacısı çəkib. Rejissor "Qarabağda etnik təmizləmə" məlumatlarını da titrlərə əlavə edib.".

Kulis.az xəbər verir ki, bu sözləri Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov feysbukda yazıb.

O, dünən IDFA film festivalında qalib gələn erməni rejissor Şoğakat Vardanyanın "1489" filminin işğalçı əsgərin hekayəsini dünyaya "əzabkeş xalqın faciəsi" kimi təqdim etdiyini qeyd edib:

"Bu hələ İDFA-dır, Kann və Oskarı gözləyəcəyik, yoxsa kino sahəsindəki dövlət vəsaiti idarəçiliyi ilə bağlı yaranmış çaşqınlığı çevik ləğv edib, kəmiyyət və keyfiyyətcə yüksək addımlar atacağıq? Dünən layihə müsabiqəsinin finalçılarını qeyd etdilər, şərh vermirəm, finalçılara uğur arzulayıram, amma tez bir zamanda növbəti tenderi də elan etməyinizi tələb edirəm! Nə qədər beynəlxalq kino arenalarında "Xocalı" baş verməyib! İldə iki dəfədən az olmayaraq, layihə müsabiqəsi! Şərtləri zəkiləşmiş müsabiqə! İldə 3 dəfədən az olmayaraq, ssenari müsabiqəsi! Zəkalı münsif heyəti ilə!
Kinematoqrafçılar İttifaqları rəhbərliyi ölkə rəhbərliyi ilə eksklüziv əlaqələrindən istifadə edib sərt addımlar atmamış, kino ictimaiyyəti ilə sıx, davamlı, məhsuldar iş birliyi qurmaq!

Onda şübhəm yoxdur ki, xalqımız hərb meydanında göstərdiyi qəhrəmanlığı, kino meydanlarında da göstərəcək!".

Qeyd edək ki, "1489" adlı filminin mövzusu rejissorun şəxsi hekayəsidir. Onun qardaşı İkinci Qarabağ Müharibəsi zamanı hərbiyə yollanıb, sonra isə itkin düşüb. Rejissor bu prosesi öz telefonu ilə çəkərək filmə çevirib.

# 1847 dəfə oxunub

Müəllifin son yazıları

# # #