Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihəyə start verilib.
Mədəniyyət Nazirliyindən Kulis.az- a verilən məlumata görə, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.
Təbliğat materialları ilkin olaraq Mədəniyyət Nazirliyin rəsmi “Facebook”, “Instagram” və “Twitter” səhifələrində yayımlanır.
- Uşaq arabasına qoşulan fil – Yazıçı Şahmar haqda esse
- Qan qusdu, həkimlər ona vaxt qoydu, oğlunun gözü qarşısında özünü yandırdı - Məşədibabanı niyə aradan götürdülər?
- Sevinc Fədai üçün
Nazirlik bütün ölkə ictimaiyyətini, xüsusilə gəncləri, tələbələri və könüllüləri təbliğat işinə dəstək olmağa, bu prosesdə fəal iştirak etməyə çağırır.