Cəmil Quliyev: "Bu, əgər yaradıcı ittifaqdırsa..."

rejissor Cəmil Quliyev

rejissor Cəmil Quliyev

5 mart 2024
# 13:22

"Ciddi meyarlar tərtib olunmalıdır".

Kulis.az xəbər verir ki, bu sözləri kino ittifaqlarının birləşmə konfransında iştirak edən rejissor Cəmil Quliyev deyib.

Daha sonra o, əlavə edib:

"Qeyd olunub ki, yeni yaradılmış ittifaqa 2 il təcrübəsi olan şəxs qəbul edilə bilər. Bu, əgər yaradıcı ittifaqdırsa, meyarları ciddiləşdirməliyik. Ciddi meyarlar tərtib olunmalıdır. Hər kəs ittifaqa üzv ola bilməməlidir. Vaxtilə Lətif Səfərov tərəfindən yaradılmış kino ittifaqının çox qiymətli ənənələri olub. Biz o ənənələrdən faydalanmalıyıq".

Ülvi Bahadır

# 791 dəfə oxunub

Müəllifin son yazıları

# # #