Gürcülər Gəncə qapılarını qaytaracaqmı? - Nazirdən açıqlama

Gəncə qapıları — XI əsr

Gəncə qapıları — XI əsr

4 fevral 2022
# 10:00

"Gəncə qapılarının taleyi mənim ötən il Gürcüstana səfərimin gündəliyində olan məsələ idi. Biz bu məsələni orada olan aiddiyatı dövlət qurumları ilə müzakirə etdik".

Kulis.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gəncədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir deyib ki, bununla bağlı Gürcüstan tərəfindən yekdil bir rəy yoxdur: "Biz Gəncə qapılarının danışıqlar vasitəsilə Azərbaycana geri qaytarılmasını müzakirə edirik. Bildiyiniz kimi, Gürcüstanla Azərbaycan arasında hökumətlərarası komissiya da var və hətta Azərbaycan tərəfindən bu məsələ komissiyanın gündəliyinə salınıb. Danışıqlar asan yox, ağır gedir. Bizim məqsədimiz qapıların Azərbaycana qaytarılmasıdır".

Xatırladaq ki, Gəncə qapıları — XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanıb. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcülər tərəfindən Gürcüstana aparılmış və hazırda bir tayı Gelati monastırında saxlanılır.

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dəfələrlə Gəncə qapılarının qaytarılması ilə bağlı müraciətlər etsə də, Gürcüstan tərəfi buna razılıq verməyib.

# 1566 dəfə oxunub

Müəllifin son yazıları

# # #