“Mücrü” dərgisinin ilk sayı buraxıldı

“Mücrü” dərgisinin ilk sayı buraxıldı
5 noyabr 2020
# 17:12

“Mücrü” nəşriyyatının təsis etdiyi “Mücrü” proza dərgisinin ilk sayı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, jurnalın baş redaktoru Kənan Hacının sözlərinə görə “Qarabağ Azərbaycandır!” şüarı ilə nəşr olunan dərginin ilk sayında əsasən müharibə mövzulu əsərlər yer alıb.

Əfsanə Laçın “Azadlıq pərisi”, Xanım Anela “Payızgülü”, Nemət Mətin “Mücrü”, Elvin Rizvangil “Tabut növbəsi”, İlhamə Dağlı “Bayrağı öpən ruhlar”, Nicat Həşimzadə “Dünya qibləsini itirmişdi”, Rəşid Bərgüşadlı “Tanrının gözü”, Əli Eynəliyev “Gecikmiş qonaq”, Meyxoş Abdulla “Yağışla gələn dualar”, Cəlil Cəvanşir “Çörək xırçıltısı”, Müşfiq XAN “Qorxmaz”, Nəcəf Əsgərzadə “Boş qədəh”, Kənan Hacı “Estafet”, Əyyub Qiyas “Səssiz adam”, Sevinc Elsevər “Çarpayı cırıltısı” və Yaşar Bünyad “Yol” hekayələri, Rövşən Danyeri “Təxəyyül” pyesi, Fərid Hüseyn “Cəhənnəm qoşunu” təhlil yazısı, Mir Möhsün Nəvvab “1905-ci il Şuşa şəhərinin əhvalatı” memuarı yer almışdır.

Dərgidə həmçinin “Kazuo İşiquro ilə müsahibə”, Əziz Nesinin “Bir çin hekayəsi” və Con Apdaykın “Cadugər ananı vursunmu?” hekayələrinin tərcümələri dərc edilmişdir. Oxucular bu sayda Pərişan Bəndərlinin təqdimatında “Müharibə mövzusunda 10 ən təsirli film”lə də tanış ola biləcəklər.

# 2347 dəfə oxunub

Müəllifin son yazıları

# # #