AYB-nin qurultayı noyabrda olmayacaq

AYB-nin qurultayı noyabrda olmayacaq
11 sentyabr 2013
# 16:54

Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayının bu ilin noyabrında yox, gələn il keçirilməsi planlaşdırılır.

Bu barədə Kulis.az-a AYB-dəki etibarlı mənbələr məlumat verib.

Qurultayının vaxtının yenidən uzadılmasının səbəbləri aydın deyil.

AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu qurultayın noyabrda keçirilməyəcəyini istisna etməyib: “Qurultayın noyabrda keçirilməməyi ilə bağlı söz-söhbət var. Anar müəllim açıqlamalarının birində demişdi ki, qurultay dekabrda keçiriləcək. Ümumiyyətlə qurultayın dəqiq vaxtı məlum deyil, noyabr və yaxud dekabr aylarında keçirməyi planlaşdırırıq. Ola bilər ki, noyabrda yox, dekabrda olsun”.

Yada salaq ki, Ədalət Əsgəroğlu bir müddət öncə verdiyi açıqlamada AYB-nin qurultayının noyabrda keçiriləcəyinin dəqiqləşdiyini söyləmişdi.

# 1440 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #