“Azərbaycan–ispan danışıq kitabçası” çap olunub

“Azərbaycan–ispan danışıq kitabçası” çap olunub
12 may 2021
# 18:18

Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – “Azərbaycan–ispan danışıq kitabçası” işıq üzü görüb.

Tərcümə Mərkəzindən Kulis.az-a verilən məlumata görə, kitabça İspaniya və ispandilli ölkələrə işgüzar, turist səfərinə gedənlər, eləcə də ispan dilinə yiyələnmək istəyən geniş kütlənin istifadəsi üçün nəzərdə tutulub.

Kitabçaya daxil edilən söz və ifadələr “Əsas ifadələr”, “Gediş və gəliş”, “Mehmanxanada”, “Şəhərdə”, “Yeməklər və içkilər”, “Əlaqə vasitələri”, “Tibbi yardim”, “Alış-veriş və xidmətlər”, “Saylar”, “Vaxt və tarix” adlı bölümlər üzrə təqdim edilib.

Kitabın tərtibçisi – Mərkəzin İspaniya–Azərbaycan ədəbi əlaqələri üzrə koordinatoru Aysel Əliyeva, redaktorları – Belqrad Universitetinin ispan dili üzrә mühazirәçisi Francisco Capilla Martín və Bәhlul Abbasovdur.

Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:

“Libraf”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Azərkitab”

Prezident Aparatının Kitab evi

Azərbaycan Dillər Universitetinin satış köşkü

“Pero” kitab mağazası

“Oxumalı” kitab evi

“Lider” kitab evi

# 1737 dəfə oxunub

Müəllifin son yazıları

# # #