Aygün Bəylər xəstəxanaya yerləşdirildi

Aygün Bəylər xəstəxanaya yerləşdirildi
25 oktyabr 2023
# 17:21

Əməkdar artist Aygün Bəylər xəstəxanaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, bu barədə şair Nazilə Səfərli status yazıb.

O, hazırda xəstəxanada olan xanəndə ilə fotosunu paylaşaraq "Tez sağalın, əvəzsiz sənətkar" sözlərini yazıb.

A.Bəylərin prodüseri ifaçının səhhətinin yaxşı olduğunu deyib.

O, əlavə edib ki, Əməkdar artist bəzi dərmanların qəbulu üçün xəstəxanaya gedib.

Qeyd edək ki, bir müddət əvvəl xanəndədə xərçəng aşkarlanmışdı. O, daha sonra müalicə olunaraq sağaldığını demişdi.

Axşam.az

# 2483 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #