Eşitmə məhdudiyyətli uşaqlar üçün bayram tədbiri

Eşitmə məhdudiyyətli uşaqlar üçün bayram tədbiri
4 iyun 2019
# 15:24

Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Ramazan bayramı ilə əlaqədar “Araxçın Silent Communication” komandası tərəfindən eşitmə məhdudiyyətli uşaqlar üçün “Danışan əllər” adlı bayram tədbiri təşkil edilib.

Tədbirə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası da qoşulub.

Tədbirdə söz alan kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova uşaqlara xoş arzularını bildirib və onlara kitab hədiyyə edib.

Çıxışçıların xoş ürək sözləri eşitmə məhdudiyyətli uşaqlara xüsusi Jest dili ilə tərcümə olunub.

Tədbirin əsas məqsədi eşitmə və danışma məhdudiyyətli uşaqların əylənməsi, öz həmyaşıdlarından seçilməməsini təmin etmək və onlarda kitaba və mütaliəyə olan marağı artırmaq olub.

Tədbirdə tanınmış və gənc ifaçılar balacaları öz mahnıları ilə sevindiriblər.

# 2180 dəfə oxunub

Müəllifin son yazıları

# # #