“Azərbaycan” jurnalının yeni sayı

“Azərbaycan” jurnalının yeni sayı
14 fevral 2020
# 12:41

“Azərbaycan” jurnalının bu il üçün ilk nömrəsi çapdan çıxıb.

Kulis.az xəbər verir ki, jurnal ilk səhifələrində tanınmış şair Firuzə Məmmədlinin 80 yaşı ilə bağlı yazı yerləşdirilib. Südabə Ağabalayevanın “Yaşımdan aşacağam” essesi Firuzə Məmmədlinin yaradıcılığına fərqli baxışdır.

“Poeziya” rubrikasında Dəyanət Osmanlı, Əyyub Qiyas, Rafiq Yusifoğlu, Mənsurə Qaçayqızının şeirləri təqdim olunur.

“Dramaturgiya”da Xalq yazıçısı Elçinin “Stalin” faciəli farsı, “Nəsr” bölməsində Mübariz Cəfərlinin “Zəncir” romanı yer alıb.

“Esse” bölməsində oxucular Xalq yazıçısı Anarın “Qanlı illərin şəhadəti”, “Şeyx Şamilin “qurbanı” Heydər Hüseynov”, “Güneydən gələn səslər”, Fidan Abdurəhmanovanın “Uzun sürən cavanlıq” esseləri ilə tanış olacaqlar.

Mahir Həmzəyev “Biz türkük, Azərbaycan isə bizim yurdumuzdur” yazısı ilə Litva ədəbiyyatının klassiki Vintsas Krevenin Azərbaycana bağlılığından söz açır.

“Tənqid və ədəbiyyatşünaslıq” bölməsində bu dəfə Jalə Qəribova “Homo Nihilus Sosial deqradasiyanın kimlik formatı”, Möhsün Nağısoylu “Nəsimi “Divan”ının leksikası: Azərbaycan dilçiliyinin böyük uğuru”, Vaqif Yusifli “Hekayəni sevirik” məqalələri ilə çıxış ediblər.

Jurnalın ənənəvi “Kitab rəfi” rubrikasında yeni nəşrlərdən söz açılır.

# 2333 dəfə oxunub

Müəllifin son yazıları

# # #