Yeddi illik fasilədən sonra yeni "Pokemon" filmi gəlir

Yeddi illik fasilədən sonra yeni "Pokemon" filmi gəlir
3 sentyabr 2026
# 11:40

Yeni "Pokemon" filmi ekranlara çıxmağa hazırlaşır.

Kulis.az xəbər verir ki, 2026-cı ildə San-Fransiskoda keçirilən "Pokemon" Dünya Çempionatının bağlanış mərasimində elan edilən "Pokemon: Wild Card" adlı ekran işinin 2027-ci ildə nümayiş olunması planlaşdırılır.

"Pokemon Company" şirkətinin prezidenti və baş icraçı direktoru Tsunekazu İşihara (Tsunekazu Ishihara) mərasimdəki çıxışında yeddi illik fasilədən sonra ilk dəfə yeni bir "Pokemon" filminin izləyicilərlə görüşəcəyini müjdələyib.

"IGN" nəşrinin məlumatına görə, İşihara filmin hekayə xəttinə də aydınlıq gətirərək bildirib ki, layihənin diqqət mərkəzində çempionluq hədəfi ilə çətin bir mübarizəyə qoşulan "Pokemon Trading Card Game" (Masaüstü Kart Oyunu) oyunçusu yer alacaq.

Pokemon nədir?

"Pokemon" (Pocket Monsters – Cib canavarları sözlərinin qısaltması) — 1996-cı ildə Yaponiyanın "Nintendo", "Game Freak" və "Creatures" şirkətlərinin ortaqlığı ilə yaradılan dünyaca məşhur qlobal media franşizasıdır. İlk olaraq videooyun kimi debüt edən layihə qısa müddətdə böyük uğur qazanaraq anime seriallarına, tammetrajlı filmlərə, manqalara və oyuncaqlara çevrilib. Bu uydurma kainatda insanlar (trenerlər) vəhşi təbiətdə yaşayan fərqli güclərə sahib "pokemon"ları tutur, onları əhliləşdirir və idman məqsədilə digər pokemonlarla döyüşdürürlər. Ən məşhur pokemon bütün dünyanın tanıdığı sarı rəngli, elektrik gücünə malik Pikaçudur (Pikachu).

# 81 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər