Bomj olan məşhur aktyor xilas edildi FOTOLAR

Bomj olan məşhur aktyor xilas edildi FOTOLAR
17 avqust 2015
# 10:39

Türk mənşəli alman aktyor Birol Ünel küçədə yaşayır. Almaniyanın “Bild” qəzetinin yazdığına görə aktyor “Divara qarşı” filmində oynadığı Cahit obrazının vəziyyətinə düşüb.

Kulisin məlumatına görə alkoqolizmdən əziyyət çəkən 53 yaşlı aktyor ev kirayəsini ödəyə bilmədiyi üçün Berlinin türklər yaşayan məhəlləsində çox pərişan bir halda obyektivlərə tuş gəlib.

Aktyor “Divara qarşı” filmində alkoqolik Cahid rolunu oynayıb. Arvadını itirdikdən sonra dərin depressiyaya düşən Birol Ünel intihar etdikdən sonra düşdüyü xəstəxanada tanış olduğu qızla evlənir.

Qəzetə danışan Birol Ünel alkoqol problemini həll etdiyini deyib: “Günə uzaqbaşı dörd-beş pivə içirəm”.

Qəzetin bu haqda məqaləsindən sonra Birol Ünelin rejissor dostu onu Köln şəhərinə çağırıb. Köln şəhərinin vağzalında rejissor dostu Hüseyn İyit tərəfindən qarşılanan Birol Ünel jurnalistlərə başını bir damın altına soxacağı üçün çox xoşbəxt olduğunu bildirib.

# 1081 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #