Bakıda Oktay Kaynarca ilə görüş keçiriləcək

Bakıda Oktay Kaynarca ilə görüş keçiriləcək
26 noyabr 2019
# 11:20

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca Bakıya gəlir.

Kulis.az-ın verdiyi xəbərə görə noyabrın 29-u saat 18.00-da Park Bulvar AVM-in 1-ci mərtəbəsində yerləşən məşhur kişi mağazasının açılışına dəvət olunan aktyorun pərəstişkarları ilə görüşü keçiriləcək.

Qeyd edək ki, Kaynarca dekabrda da Bakıya gələcək. Kino və serial ulduzu rol aldığı “Aman Reis Duymasın” filminin Bakıdakı qala gecəsinə qatılacaq.

Onur Tanın rejissorluq etdiyi ekran işinin premyerası dekabrın 26-da Nizami Kino Mərkəzində olacaq.

# 2463 dəfə oxunub

Müəllifin son yazıları

# # #