#

Elçin Musaoğlu beynəlxalq festivalın “jüri”sində

Elçin Musaoğlu beynəlxalq festivalın “jüri”sində
15 iyul 2017
# 12:47

Tanınmış Azərbaycan kinorejissoru və ssenaristi Elçin Musaoğlu 13-cü Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramının münsiflər heyətinə dəvət olunub.

Festival iyulun 22-dən 28-dək Qazaxıstanın Astana şəhərində keçiriləcək.

Bu barədə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Qeyd edək ki, Elçin Musaoğlunun “40-cı qapı” və “Nabat” tammetrajlı bədii filmləri dünyanın bir çox nüfuzlu film festivallarının müsabiqə proqramlarında nümayiş etdirilib və mükafatlara layiq görülüb. /azertag.az/

# 1220 dəfə oxunub

Müəllifin son yazıları

# # #