“Medcezir” serialının rejissoru Bakıya gəlir

“Medcezir” serialının rejissoru Bakıya gəlir
30 mart 2018
# 09:27

“Medcezir” seriallarının və “Delibal” filminin rejissoru Ali Bilgin Bakıya gəlir.

Kulis.az verir ki, rejissor Bakıda Media İncəsənət Məktəbinin açılışında iştirak edəcək.

Ali Bilgin aprelin 3-də Nizami Kino Mərkəzində keçiriləcək seminarda Türkiyədəki serial və film sektorunda baş verən proseslər haqqında öz təcrübəsini də bölüşəcək və iştirakçıların suallarını cavablandıracaq.

# 1812 dəfə oxunub

Müəllifin son yazıları

# # #